Neolit dövründə koronavirus epidemiyası olub - Current Biology

   Neolit dövründə koronavirus epidemiyası olub -    Current Biology
  29 İyun 2021    Oxunub:2329
İyirmi min il qabaq Şərqi Asiyada COVİD-19 pandemiyasına bənzəyən koronavirus epidemiyası baş verib. Bu haqda bir qrup elm adamının apardığı qlobal araşdırmadan sonra “Current Biology” jurnalında dərc etdirdiyi məqalədə məlumat verilir.
Ekspertlər komandası qədim dövrlərdə bəşəriyyətin koronavirus epidemiyalarına necə alışdığını başa düşmək üçün bütün planet üzrə 26 populyasiyadan olan 2500 insanın genlərini tədqiq ediblər. Nəticədə Çin, Monqolustan, Yaponiya, Koreya, Tayvanda yaşayan yerli əhalinin genetik dəstində koronavirus pandemiyasının izləri aşkarlanıb.

Araşdırmalar nəticəsində Vazoaktiv İntestinal Peptid (VİP) adlanan zülalın rolunu müəyyənləşdirmək mümkün olub. Bu zülal orqanlarda viruslarla qarşılıqlı əlaqənin qurulmasını təmin edir. “İnsanın təkamül etdiyi milyon illər ərzində təbii seçmə prosesi VİP zülalını bir neçə gendə kodlaşdırıb. Nəticədə, onun sintezi 3 dəfə sürətlə gedir”,- jurnal yazır.



Məlum olub ki, insanın 42 fərqli geni viruslarla əlaqənin qurulmasına cavabdeh olan həmin VİP zülalını istehsal etmək üçün uyğunlaşıb. Onlar əsasən COVİD ilə ən çox təmasda olan ağ ciyərlərdə yerləşirlər.

Araşdırmada Kaliforniya, Adelaida, Kvinslend, San-Fransisko universitetlərinin mütəxəssisləri iştirak ediblər. Yazının tam versiyasını (ingilis dilində) buradan oxumaq olar.

Tariyel Həsənov
Azvision.az



Teqlər: COVİD  





Xəbər lenti