Leninin arvadı onun məşuqəsinin şəklini otağından asmışdı - REAL TARİX

Leninin arvadı onun məşuqəsinin şəklini otağından asmışdı - REAL TARİX
  13 Mart 2014    Oxunub:15592
“Valdimir İliç Lenin istənilən vaxt özü üçün gözəl qadın tapa bilərdi. Məsələn, mənim qızım Zina gözəl idi. Amma Nadejda Konstantinovnadan ağıllı və sədaqətli birisini tapmaq mümkün deyildi”. Bu sözlər inqilabçı Qleb Krijanovskinin xatirələrindəndir.

Nadejda Krupskaya və Vladimi Ulyanov 1894 -cü ilin fevralında Peterburqdakı Marksist yığıncaqlarından birində tanış olmuşdular. Buna qədər Ulyanovun yalnız bir sevgi macərası olmuşdu. Krupskayanın rəfiqəsi, sosialist yönümlü Appolinariya Yakubova onun xoşuna gəlirdi. Lakin o, Ulyanovun sevgisini rədd edir.

Ulyanov Krupskayanı öz alovlu inqilabçı çıxışları və liderlik qabiliyyətilə valeh etmişdir. O isə öz savadı və ağlına görə Leninin diqqətini çəkmişdi.



Nadejda Konstantinovanın anası Yelizaveta qıznın yaxşı ailədən olan Ulyanovla münasibətlərinə şad idi. Lakin Ulyanovların ailəsində Nadejda qıcıq oyadırdı. İliçin bacısı Anna kinayə ilə Nadejdanın xarici görnüşü haqqında danışır , onun simasını balığa oxşadırdı. Hələ gənc yaşlarında Nadejdanın gözləri iri və bərəlmiş qruluşda idi. Bu, onda sonradan aşkar edilmiş Bazet xəstəliyinin ilk simptomu idi. Bu xəstəlik ona ömürünün sonuna qədər övlad sahibi olmasına imkan vermədi.

Ulyanov öz həyat yoldaşının xarici görünüşünün balığa oxşadılmasına yumorla yanaşırdı. Və öz sevgilisnə “balıq” partiya ləqəbini vermişdi.

Nadejda bir dəfə “Mən rus təbiətinə oxşamıram, məndə rəngarənglik yoxdur” deyə anasına şikayətlənmişdi. Evlilik haqqında təklif aldıqdan sonra Nadejda inqilabı fəaliyyətinə görə Ufa şəhərinə sürgünə göndərilir. Lakin o, ərinin cəza çəkdiyi Sibirin Şuşensk kəndinə göndərilməyi xahiş eidir. Şuşensk kəndində keçirdiyi illəri sonradan Nadejda ömrünün ən xoş vaxtları adalandırır. Krupskaya öz xatirələrində yazırdı: “Biz yeni evlənmişdik və bu, bizm sürügünü daha da romantik edirdi. Mən bu barədə xatirələrimdə yazmıramsa, o demək deyil ki, bizim həyatımızda gənclik ehtirası və poeziya olmayıb”.

Lakin evdar qadın kimi Nadejda çox səriştəsiz idi. O, yemək bişirə bilmirdi və bunu vaxt itkisi sayırdı. Dünya proletariatının rəhbəri isə asketik həyat tərzi keçirdiyindən, buna elə də diqqət yetirmirdi. Kurpuskaya xatırlayırmış ki, Lenin istənilən yeməyi etiraz etmədən yeyirdi. Ev təsərrüfatına qarşı da Nadejda biganə idi. Cütlüyün məişətdəki intizamsızlığı digər inqilabçıları belə təəccübləndirirdi.

Krupskayanın əsas üstünlüklərindən biri onun xarakteri idi. Təmkinli və səbirli olan Nadejda ərinin bütün işlərində onu dəstəkləməyə hazır idi. Savadlı , ağıllı, hərtərəfli, enerjili idi. Lenin Krupskayanı partiya işindəki xidmətlərinə görə dəyərləndirirdi. Çünki Leninin partiya üzvülərilə gizli yazışmasına Nadejda nəzarət edirdi.

Krupskayanın tam əksi isə İnessa Armand idi. İnessa ilə Lenin 1909-cu ildə Parisdə Lenin mühacirətdə olarkən tanış olmuşdular. Dərin, ifadəli gözlər, parlaq saçlar, zərif fiqura, tempramentli , savadlı , emosional olan Armadın cazibəsi və nəzakəti qarşısında heç bir kişi tab gətirə bilmirdi.

Farnsız opera müğənnisi ilə komik aktrisanın qızı olan Armandın cazibəsinə mühaciətdə darıxan Lenin də düşür. 35 yaşlı İnessa Leninlə tanışlığa qədər iki dəfə ərdə olmuşdu. Birinci dəfə Moskvanın Tekstil maqnatının oğlu Aleksandr Armandla ailə həyatı qurmuşdu. Həmin nigahdan 4 şikəst övlad dünayaya gətirir. Sonra isə ərinə qaynı Vladimirlə xəyanət edir, ardınca da ona ərə gedir. Ona bir uşaq dünyaya gətirir. Az sonra Vladimir dünyasını dəyişir.



İnessa azad sevgi tərəfdari idi və bu radikal görüşlərini çəkinmədən ictimaiyyətə nümayiş etdirirdi. Onun sözlərinə görə, fiziki ehtiras ürək sevgisi ilə əlaqəli deyil. Buna baxmayaraq, Armand Vladimir Ulyanovu sevirdi. Krupskayadan fərqli olaraq, İnessa yaxşı evdar qadın idi.

Krupskaya, təbii ki, ərinin “vətəndaş İnessa” ilə dost münasibətlərində olmadığını bilirdi. Lakin bir dəfə də olsun İnessaya qarşı çıxmır, ərilə bunun üstündə savaşmırdı. Halbuki, İnessa İliç cütlüyünün arxasınca gəzir, bu məhəbbət üçülüyünün münasibətləri hər kəsə aydın olurdu.

Armand Lenin kitab və məqalələrini tərcümə edir, partiya tapşırıqları ilə bağlı Avropaya səfərlər edirdi. Krupskaya və Armand rəfiqə olmağa çalışırdılar. Lakin günlərin birində Nadejda dözmür və Leninə ayrılmağı təklif edir. Lakin Lenin buna razı olmur və Armandla münasibətlərinə son verir.

Armand ayrılığı çox ağır yaşayır. “Ayrıldıq biz səninlə, əzizm. Və bu, çox ağırdır, mən bilirəm və hiss eidrəm. - deyə o, Parisdən Leninə yazırdı. - Mən yaxşı tanıdığım yerlərə baxdıqca anlayıram ki, sən mənim qəlbimdə, həyatımda böyük bir yer tutursan. Sən Parisdə olarkən mən səni heç sevmirdim. Lakin həm də çox sevirdim. Mən indi də öpüşsüz keçinərdim.Təki sənin simanı görə bilim. Niyə məni sən bundan məhrum edirsən? Ayrıldığımız üçün səni qınadığımı soruşursan. Yox, mən fikirləşirəm ki, sən bu qərarı özün verməmisən”.

Buna baxmayraq, bir müddət sonra Lenin yenidən Armandla görüşməyə başlayır. Armand partiyanın Mərkəzi Komitəsinin qadınlar şöbəsinin rəhbəri idi.

1920-ci ildə Armand vəba xəstəliyindən dünyasını dəyişir. İnqilabçı Aleksandra Kollentay xatırlayırdı: “Biz cənazənin arxasınca gedirdik. Lenini tanımaq mümkün deyildi. O, qapalı gözlərlə irəliləyirdi. Bizə elə gəlirdi ki, o, yıxılacaq. Krupskaya dəfn mərasimi zamanı Leninin əlindən tutmuşdu. O, İliçin xahişini yerə salmayaraq, Armandın iki körpəsinin qayğısını öz üzərinə götürdü. Sonradan uşaqları xaricə göndərildilər. Leninin ölümündən sonra 15 il yaşayan Nadejda həmin uşaqlarla yazışırdı. Xüsusən o, Armandın qızı İnessanı sevirdi”.

Krupskaya ilə Armandın münasibətlərində bir çox suallar var. Maraqlı fakt: Krupskaya öz otağında Armandın fotosunu asmışdı. Öz iş stolunda oturarkən hər gün rəqibinin sifətinə baxırdı. Yanında isə öz anasının və İliçin şəkilləri var idi. Halbuki, Lenin öz otağında heç bir şəkil saxlamırdı.



...1934-cü ildə Lenin ölümünün 10 illiyi münasibətilə Amerikanın “Pitsburq” qəzetində “Rusiyanın Ledisi” adlı məqalə çap olundu. Məqalə Nadejda haqqında idi. Qəzet nömrəsinin bir nüsxəsi Krupskaya göndərilir və ona şəxsi həyatı ilə bağlı suallar verilir. Krupskaya qəzeti zibil qabına atır. Yəqin ki, o, öz taleyi barədə nə deyəcəyini bilmirdi...

Rusiya mətbuatında gedən materiallar əsasında hazırladılar:
Şahanə Rəhimli
Vüqar İsmayılov



Teqlər:  





Xəbər lenti