Üç atomdan ibarət yeni “LED” yaradılıb

Üç atomdan ibarət yeni “LED” yaradılıb
  13 Mart 2014    Oxunub:1388
AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, vaşinqton Universitetinin tədqiqatçılar qrupu bir tərəfi elastik, digər tərəfi universal olan dünyanın ən nazik “LED” diodunu yaradıb. Alimlərin sözlərinə görə, faktiki olaraq burada söhbət elektronlar əvəzinə, fotonlarla işləyən prosessor çipinin yeni sinif qurğularının yaradılmasından gedir. “Yaradılmış qurğu insan saçından 10 min dəfə nazik olsa da, müasir avadanlıqlarda istifadə üçün yararlı olan işığı şüalandırır”, - “LED” tərtibatçılarından biri Ceyson Ross qeyd edib.

“Bu, texnologiyanın miniatürləşdirilməsi istiqamətində atılan böyük addımdır. Tərəfimizdən yaradılan “LED” cəmi üç atomdan ibarət olmaqla yarımkeçiricidir və ondan adi üçölçülü yarımkeçirici kimi istifadə mümkündür”, - o vurğulayıb.

Yuxarıda qeyd edildiyi kimi, yeni işıq diodu cəmi üç atomdan ibarətdir ki, bu da onu texniki baxımdan “2D”-dən daha çox “3D” formatlı obyekt edir. Yaradılan üçatomlu “LED” texniki xüsusiyyətlərinə görə silisium-oksid bazasında volfram diselenid yarımkeçiricidir. O, qrafen istehsalı texnologiyasının analogiyası əsasında istehsal edilir. “Nature Nanotechnology” elm jurnalının son nömrəsində kəşf haqqında ətraflı məlumat verilib.

Məqalədə deyilir ki, “LED”-in ölçüsü optik çiplərdə elektrik siqnallar əvəzinə istifadə üçün kiçikdir.


Teqlər:





Xəbər lenti