"Əjdaha"nın zəif yeri: Çinin superdövlətə çevrilməsinə nə mane olur - HESABAT

  "Əjdaha"nın zəif yeri:  Çinin superdövlətə çevrilməsinə nə mane olur -  HESABAT
  06 İyul 2021    Oxunub:2667
RAND korporasiyasının analitikləri ÇXR-in dünya arenasındakı durumuna həsr etdikləri məruzədə onun ciddi iqtisadi təsirini etiraf etsələr də, Pekinin orijinal inkişaf modeli təklif etmək qabiliyyətinin olmadığını vurğulayıblar.
İqtisadi dayaq

“Bu gün Çinin əlindəki əsas kozır onun iqtisadi qüdrətidir”,
- Amerikanın RAND elmi-tədqiqat korporasiyasının ekspertləri Pekinin dünya arenasındakı roluna həsr etdikləri “Understanding Influence in the Strategic Competition with China” adlı məruzədə bildiriblər. Onların gəldiyi qənaətə görə, Çin üçün üçüncü dünya ölkələrinə təsir etmək baxımından ən effektiv rıçaq onlara ticarət və inverstisiya tərəfdaşlığı təklif etməkdir. Bu, birbaşa hərbi xarakterli təhdidlərdən, yaxud Çin siyasi modelini təlqin etməkdən daha təsirlidir.

RAND ekspertləri məruzələrində ÇXR-in dünyaya təsirini digər ölkələrə hərbi və iqtisadi təzyiq aspektində, həmçinin öz dəyərlərini təlqin etmək qabiliyyəti baxımından təhlil ediblər. Tədqiqatçılar Çinin təsir gücünün artdığı 20 ölkəyə xüsusi diqqət yetiriblər; onların arasında Avstraliya, Braziliya, Almaniya, Hindistan, Meksika, Tayland, Vyetnam var. 2018-ci ilin məlumatlarına əsasən, Çindən iqtisadi cəhətdən daha çox asılı olan ölkələrin sırasına Laos (ÇXR ilə ticarət bu ölkənin ticarət dövriyyəsinin 42%-dir), Filippin (41%), Vyetnam (33%) Avstraliya (32%), Cənubi Koreya (30%) və Kamboca (29%) daxildir. Çinin birbaşa investisiyaları Laos (bütün xarici sərmayələrin 78,5%-i), Keniya (33,7%), Kamboca (24,8%) və Tayland (14%) üçün xüsusi əhəmiyyət kəsb edir.


Çinin başqa effektiv təsir üsulu digər ölkələrin siyasi elitası ilə qeyri-rəsmi əlaqələri genişləndirməkdən ibarətdir. RAND ekspertləri misal olaraq Çinin Avstraliya, İndoneziya, Filippin və Cənubi Koreya elitalarına təsir cəhdlərini göstərirlər. Məsələn, Çin təmsilçiləri Avstraliya və Yeni Zellandiya siyasətçilərinə Pekinə sərf edən layihələr həyta keçirmələri müqabilində iqtisadi imtiyazlar təklif ediblər. “Çin ictimai rəyin ona qarşı mənfi olduğu ölkələrdə belə, siyasi elitaların və məmurların dəstəyini əldə etmək qabiliyyətini göstərib”, - təhlilçilər qeyd ediblər.

ABŞ, Asiya-Sakit Okean regionuna təsir üzrə birinciliyini qorusa da, Pekin sürətlə ona yaxınlaşır. Bunu Sidneydəki “Lowy Institute” analitik mərkəzinin tərtib etdiyi “Asiya-Sakit Okean ölkələrinin gücünün inteqral reytinqi”ndən görürük. Materialda iqtisadiyyatın durumu (ÜDM-in miqyası, texnoloji inkişaf səviyyəsi və s.) , hərbi potensial (hərbi xərclər, silahların keyfiyyəti və s.) dayanıqlılıq (institutların sabitliyi, geosiyasi təhlükəsizliyin səviyyəsi, resurslar), xarici siyasi çəki, həmçinin iqtisadi və hərbi təsir dərəcəsi kimi amillər nəzərə alınır.
“Lowy Institute”un hesablamalarina görə, ABŞ-ın reytinqi 2020-ci ildə 81,6 olub. İkinci yeri isə 76,1 ilə ÇXR tutub. Hələ 2018-ci ildə Amerikanın reytinqi 84,6 , Çininki isə 75,9 idi: iki il ərzində Pekin Vaşinqtondan geriliyini 31,1 punkt azaldıb.
“Lowy Institute” ekspertləri RAND analitiklərinin nəticələrini təsdiqləyilər; yəni Çinin başlıca resursu onun iqtisadi gücüdür. Bu göstərici üzrə Pekin regionda ABŞ-ın 87,7 reytinqinə qarşı 98,9 ilə birinci yeri tutur. Digər ölkələrlə qarşılıqlı iqtisadi əlaqələrin dərəcəsinə görə, Asiya-Hind Okeanı regionu ABŞ-ı 37,2 punkt qabaqlayır. “Lowy Institute”un ümumi reytinqində üçüncü yeri Yaponiya (37), dödrüncü yeri Hindistan (39,7), beşinci yeri Rusiya (33,5) tutur.


Problem yaradan məqamlar

"İqtisadi təsirinin artmasına baxmayaraq, Çinin başqa ölkələrə orijinal dəyərlərə əsaslanan cəlbedici inkişaf modeli təklif etmək imkanı məhduddur", - RAND təhlilçiləri bildiriblər. Tədqiqatçıların fikrincə, “Çin modeli” haqqında daha çox nəzəri cəhətdən danışmaq mümkündür, nəinki praktiki baxımdan. “Bu, dövlətin irəli sürdüyü model müxtəlif (iqtisadi) inkişaf metodikalarının qarışığıdır. Onu başqa ölkələrdə təbiq ermək mümkün deyil, çünki dəqiq və ardıcıl tədbirlər planını əks etdirmir,”- ekspertlər yazıblar.

RAND analitiklərinin fikrincə, yaxın illərdə Çin iqtisadiyyatını problemlər gözləyir. “Çinin insan haqlarına riayət etməməsiylə bağlı həyəcanların artması onun iqtisadi fəallığını ləngidəcək və Çin modelinin cəlbediciliyini azaldacaq”, - məruzədə deyilir.- Demokratiya və azadlıq dəyərləri əhali üçün cəlbedici olduğu halda, avtoritarizm dəyərləri özünü yalnız iqtisadi nailiyyətlər əldə etmək vasitəsi kimi doğruldur, - Çinin öz təsirini artıqmaq cəhdləri son dərəcə məhduddur, çünki bu təsirin adresatları ABŞ dəyərlərini bölüşürlər”.

"PWC konsaltinq" şirkətinin proqnozlarına görə, əgər 2016-2020-ci illərdə Çin iqtisadiyyatının artımı ilkin məlumatlara görə 6% təşkil edirdisə, 2021-2030-cu illərdə bu göstərici 3,4% aşağı düşəcək. Niderlandın “Rabobank” bankının analitikləri bildirir ki, ÇXR iqtisadiyyatının uzunmüddətli perspektivdə yavaşıması əhalinin qocalmasına, borc öhdəliklərinin artmasına, əmək məhsuldarlığının aşağı düşməsinə və siyasi gərginliyin yüksəlməsinə səbəb olacaq. Belə ki, böhranqabağı 2019-cu ildə Çinin ÜDM artımı 6% idisə, 2025-ci ildə yalnız 4% olacaq, - bankın proqnozundan aydın olur. Lakin Pekin uğurlu iqtisadi islahatlar aparsa, onda 2021-2025-ci illərdə ÜDM 7,5% təşkil edə bilər , - Avstraliya milli universitetinin və ABŞ Kornel universitetinin iqtisadçıları hesablayıblar.


Çinin digər zəif cəhəti hərbi sahədə ABŞ-la rəqabətə girmə qabiliyyətinin olmamasıdır. RAND-ın hesablamalarına görə, 2018-ci ildə ABŞ digər ölkələrə 13,7 milyard dollar, Avropanın aparıcı ölkələrinə - Almaniyaya, Fransaya, Böyük Britaniyaya, İspaniyaya və İtaliyaya 7 milyard dollar hərbi yardım edib. Çinin digər ölkələrə hərbi yardımı isə hər il cəmi 100 milyon dollar təşkil edir, hərçənd, Pekin bu xərcləri gizlətdiyindən, dəqiq rəqəm söyləmək çətindir.

Əgər 2017-ci ildə ABŞ başqa ölkələrə 12 milyard dollarlıq silah tədarük edibsə, Çinin silah tədarükü 2 milyard dollaran aşağıdır. Çin ən çox Kambocaya (2012-2018-ci illərdə 115 milyon dollarlıq), Afrika birliyi ölkələrinə (100 milyon dollarlıq) və Əfqanıstana (70 milyon dollarlıq) silah göndərib. Nəticə etibarilə Çin təkcə ərazi münaqişələri olan olkələri təhdid edə bilər. Çinin gücünün artması Yaponiya, Hindistan və Avstraliya daxil olmaqla onun qonşularını Pekini dayandırmaq imkanları axtarmağa (o cümlədən ABŞ-ın dəstəyi ilə) vadar edir, - RAND ekspertləri bildirirlər.

Nadir Quliyev
Azvision.az



Teqlər: RAND   ABŞ   Çin  





Xəbər lenti