Ərəblər ən dərin dalğıc hovuzu hazırladılar- FOTOLAR

Ərəblər ən dərin dalğıc hovuzu hazırladılar-   FOTOLAR
  10 İyul 2021    Oxunub:2577
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Dubayda dünyanın ən dərin dalğıc hovuzu açılıb.
Azvision.az xəbər verir ki, hovuzun dərinliyi 60 metrə çatır.

Hovuzu doldurmaq üçün 14 milyon litr su lazım olub. Dalğıclar bura baş vuranda su basmış evləri görə və stolüstü oyunlar oynaya bilərlər. Hovuzda sualtı studiya da var. İndi bu yeni əyləncə məkanına xüsusi bir buraxılış sənədi olmadan kimsənin daxil olmasına icazə verilmir. Amma bir il ərzində onun ictimaiyyət üçün açılacağına söz verilib. Hovuzun hər bir hissəsində dalğıcların təhlükəsizliyini təmin etmək üçün bura təxminən 56 kamera quraşdırılıb.







Qeyd edək ki, bundan öncə ən dərin hovuzla bağlı rekord Polşadakı "Deepspot"a məxsus idi- 45 metr.

Tural Tağıyev
Azvision.az



Teqlər: Hovuz  





Xəbər lenti