Bütün telefonların adapteri eyni olacaq
Radio avadanlıqlar haqqında Təlimatın modernləşdirilməsi müxtəlif qurğular arasında uyğunsuzluğa son qoymaq üçün ən effektiv üsuldur. Mənə çox xoşdur ki, biz vahid enerji toplama sisteminin tətbiqi ilə bağlı razılığa gəlmişik. Bu, istehlakçıların marağına xidmət etməklə adapterlər ətrafında söz-söhbətə son qoyacaq və ətraf mühitin mühafizəsinə kömək edəcək, eləcə də elektron tullantıların həcmini hər il 51 ton azaldacaq”, - məruzə müəllifi, almaniyalı deputat Barbara Vaye deyib.
Radio avadanlıq sahəsində Avropa qaydalarının modernləşdirilməsi nəticəsində vahid Avropada tezliklə eyni iş prinsipi ilə işləyən mobil telefon, avtomobil breloku və modemlərin buraxılacağı gözlənilir. Bu, ilk növbədə qurğular arasında uyğunsuzluğa son qoymaq, eləcə də vətəndaşların sağlamlığı üçün onlara zəmanət vermək məqsədilə həyata keçirilir.
Qətnamədə qeyd olunur ki, Aİ-də satılan radio avadanlıq standartlaşdırılmış vahid enerji toplama sistemi ilə uyğunluq təşkil etməlidir. Lakin son sözü Avropa Komissiyası deməlidir. Məhz komissiya yeni tələblərdə yer alacaq qurğu növlərini müəyyənləşdirəcək.
Bundan başqa, Avropa Komissiyası bəzi radio avadanlıq kateqoriyalarının icbari qeydiyyatını tətbiq edəcək. Bu səbəbdən istehsalçılar satışlara başlamazdan əvvəl müvafiq sertifikat almaq zərurəti ilə üzləşəcəklər. Deputatların sözlərinə görə, analoji məhsul reyestri ABŞ-da fəaliyyət göstərir. Nəticədə Aİ hakimiyyəti bu növ məhsullar üzərində əlavə nəzarət imkanı əldə edəcək.
Yenilənmiş təlimatın Avropa İttifaqı Şurası tərəfindən təsdiq edildikdən sonra qüvvəyə minəcəyi gözlənilsə də, bunun üçün artıq qeyri-rəsmi razılıq alınıb. Bundan sonra Aİ-yə üzv ölkələrə yeni qaydaların milli qanunlara tətbiqi üçün iki il, şirkətlərə isə istehsal standartlarının dəyişdirilməsinə əlavə olaraq daha bir il vaxt veriləcək.
2010-cu ildə Avropa Komissiyası belə təşəbbüslə çıxış edib. Komissiya Aİ-nin formal proseduralarına əməl etmək və Avropa qanunvericiliyinin yenilənməsini gözləməyərək mobil telefonların enerji toplayıcılarının vahid şəklə salınması təşəbbüsünü qaldırıb. Bununla belə, təşəbbüs könüllü xarakter daşıyıb və istehsalçıların heç də hamısı bu addımı atmayıb.
Teqlər: