Viruslarla mübarizəyə yeni yanaşma: Nanokapsullar

 Viruslarla mübarizəyə yeni yanaşma:  Nanokapsullar
  15 İyul 2021    Oxunub:2991
Almaniya və ABŞ alimləri viruslarla mübarizə üçün yeni bir yanaşma təklif ediblər.
Azvision.az xəbər verir ki, onlar virusları tələyə salan və udan genetik material əsaslı xüsusi nanokapsullar yaradıblar. Mütəxəssislət bu metodun koronavirusa qarşı da işə yarayacağına inanırlar. Tədqiqatın nəticələri "Nature Materials" jurnalında dərc edilib.

Qeyd edilir ki, bu gün ən təhlükəli viruslar üçün təsirli bir antiviral dərman yoxdur . Bu səbəbdən də Münxen Texniki Universiteti, Münxendəki "Helmholtz" Mərkəzi və ABŞ-ın "Brendays" Universitetinin tədqiqatçıları kəskin viral infeksiyaların müalicəsi üçün bu yeni strategiyanı təklif ediblər. Mütəxəssislər virusları mexaniki şəkildə tutaraq zərərsizləşdirə bilən bi DNT-dən ibarət nanostrukturları inkişaf etdiriblər.

Tural Tağıyev
Azvision.az



Teqlər: Virus   Alim   Almaniya  





Xəbər lenti