Dünyanın ən sürətli qatarı istifadəyə verildi

Dünyanın ən sürətli qatarı istifadəyə verildi
  21 İyul 2021    Oxunub:4757
Çində ilk maqnit levitasiya qatarı istifadəyə verilib.
Azvision.az xəbər verir ki, saatda 600 kilometrə qədər sürət yığa bilən qatar ilk hərəkətini Çinin şərqindəki Şandonq əyalətinin Qinqdao şəhərinə edib.

Xinhua agentliyinin məlumatına görə, yeni qatarın modeli tamamilə ÇXR mütəxəssisləri tərəfindən hazırlanıb, sınaqlara isə 2020-ci ilin iyununda başlanılıb. Maqnetik levitasiya qatarı təkərlər ilə relslər arasında sürtünmənin olmaması səbəbindən daha az səs-küy salır. Minimum dönmə radiusu metro qatarlarının dönmə radiusunun yarısıdır.

Qeyd etmək lazımdır ki, Çin sürətli dəmir yollarının inşası üzrə dünyada liderdir və 2020-ci ilin sonunda ölkədə dünyanın ən uzun dəmiryolu şəbəkəsinin ümumi uzunluğu 37.9 min kilometr olub.

Azvision.az



Teqlər: Qatar  





Xəbər lenti