Masallı partlayışında xəsarət alanlardan üçü Bakıya gətirildi

Masallı partlayışında xəsarət alanlardan üçü Bakıya gətirildi
  15 Mart 2014    Oxunub:1129
Masallıda xəsarət alan dörd nəfərdən üçü Bakıya gətirilib.
Masallı şəhərində fərdi yaşayış evində baş vermiş partlayış zamanı xəsarət alan dörd nəfərdən üçü Bakıdakı Respublika Yanıq Mərkəzinə yola salınıb .

AzVision.az APA- ya istinadən xəbər verir ki, partlayış zamanı xəsarət alan şəxslərin 37 yaşlı Ramin Ələkbərov, onun həyat yoldaşı, 30 yaşlı İlhamə Ələkbərova, qızları - 10 yaşlı Gülsüm və 13 yaşlı Təhminə olduğu açıqlanıb.

Qeyd edək ki, bu gün Masallı şəhərində güclü partlayış baş verib. Hadisə bu gün səhər saatlarında rayon mərkəzində 37 yaşlı Ramin Mübariz oğlu Ələkbərova məxsus həyətyanı sahədə inşa olunmuş ümumi sahəsi 80 kvadratmetr olan 2 otaqlı köməkçi tikilidə qeydə alınıb. Qaz sızması nəticəsində baş verən partlayışdan sonra yanğın olub. Müxtəlif dərəcəli yanıq xəsarətləri bir ailənin dörd üzvü Səhiyyə Nazirliyinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Masallı Regional Mərkəzinin əməkdaşları tərəfindən xəstəxanaya aparılıblar. Burada onlara ilkin tibbi yardım göstərilib.

Ailə başçısının, onun həyat yoldaşının və 13 yaşlı qızı Təhminənin yanıq xəsarətləri ağır dərəcəli olduğundan onlar təcili olaraq Bakı şəhərindəki Yanıq Mərkəzinə yola salınıblar. Masallı Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilmiş 10 yaşlı Gülsümün vəziyyəti isə stabildir.

Faktla bağlı müvafiq qurumlarda araşdırma aparılır.


Teqlər:  





Xəbər lenti