Bakının Xətai rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.
Xətai Rayon İcra Hakimiyyətindən AzVision.az-a bildiriblər ki, təmir işləri ilə əlaqədar martın 17-də saat 10:00-dan 18:00-dək rayonun Əbilov, Azadlıq, M.Gülgün və Zığ yolu küçələrinin abonentlərinə təbii qazın verilməsində fasilələr yaranacaq.