Ən çox bal yığan müəllimə - Uşaqları sevdiyi üçün qayıtdı

  Ən çox bal yığan müəllimə -  Uşaqları sevdiyi üçün qayıtdı
  27 İyul 2021    Oxunub:3636
Ötən gün müəllimlərin işə qəbulu müsabiqəsində biologiya fənni üzrə test imtahanında namizəd Səidə Salihova 57 bal toplayaraq, ən yüksək nəticə göstərib. O, AzVision.az-a müsahibəsində ilk dəfə müəllimlərin işə qəbulu imtahanına sənəd verdiyini deyib.
Səidə müəllimə magistraturanı 2009-cu ildə bitirsə də, başqa sahələrdə işləyib: "Təhsil sahəsində heç bir təcrübəm olmayıb. Bu il fikrimi dəyişdim və sənədlərimi verdim. Yanvar ayından onlayn şəkildə ciddi hazırlaşdım və imtahanı uğurla keçdim”.

O, uşaqları sevdiyi üçün müəllimliyə qayıtdığını deyib: “ Məni həvəsləndirən uşaqlarım oldu. Onlara hər gün dərslərində kömək edirdim, həvəslə başa salırdım. Sənədlərimi verərkən çox adam fikrimdən daşındırmağa çalışırdı ki, indiki uşaqlarla işləmək çətindir. Fikrimcə, çətin olmayacaq. Uşaqlarla işləmək əsasən ənənəvi üsulla uzun illər dərs deyənlərə çətin ola bilər. Çünki dövr dəyişib və ona uyğunlaşmalıyıq, uşaqların təlabatı ilə ayaqlaşmalıyıq”.

S.Salihova daha çox Göyçayda işləmək istədiyini desə də, vakant yerlərin siyahısı çıxandan sonra seçim edəcək. "Göyçaydan kənar yerlər olarsa, ailəmlə məsləhətləşəcəm. Yaxın rayonlarda olarsa, bəlkə seçim edə bilərəm. Amma indidən söz demək çətindir”.

Aytən Zəhra
Azvision.az



Teqlər: Müəllim  





Xəbər lenti