Şəhərlərarası avtobusların sayı artırılacaq
AzVision.az Ans Press -ə istinadən xəbər verir ki, Bakı Beynəlxalq Avtovağzal Kompleksi Novruz bayramı ilə əlaqədar martın 15-dən 26-dək gücləndirilmiş iş rejimində çalışacaq.
Bu bayram günlərində ölkədə sərnişindaşımada intensivliyin artması ilə bağlıdır. Adi günlərdə 6-7 min sərnişin daşınırdısa, bayram günlərində bu rəqəmin 15 minə çatacağı gözlənilir. Əhalinin tələbatını ödəmək üçün marşrutlara buraxılacaq avtobusların sayı iki dəfəyədək artırılacaq.
Bununla əlaqədar artıq ayrı-ayrı hüquqi və fiziki şəxslərlə danışıqlar aparılıb, qiymət intizamına nəzarət komissiyası yaradılıb. Sərnişinlər biletlərin qiymətinin qanunsuz olaraq artırılması halları ilə qarşılaşarsa, kompleksdəki dispetçer məntəqəsinə müraciət edə bilərlər.
Teqlər: