Xalq artistinin düşdüyü yol qəzası ilə bağlı bir nəfər tutulub

Xalq artistinin düşdüyü yol qəzası ilə bağlı bir nəfər tutulub
  16 Mart 2014    Oxunub:1447
Xalq artisti Ağasəlim Abdullayevin düşdüyü yol qəzası ilə bağlı bir nəfər şübhəli şəxs qismində tutulub.
AzVision.az xəbər verir ki, Bakı şəhər prokurorluğu və Baş Polis İdarəsinin birgə məlumatına əsasən, martın 15-də saat 00:30 radələrində Suraxanı rayonu, Zığ şossesidə Abdullayev Vüqar Ağasəlim oğlunun idarə etdiyi VAZ-2106 markalı avtomobillə Mədətov Xalid Mübariz oğlunun idarə etdiyi "Mersedes-Benz G-55" markalı avtomobilin toqquşması nəticəsində VAZ-2106-da olan sərnişinlər 1959-cü il təvəllüdlü Briliyant Abdullayeva və 2008-ci il təvəllüdlü Ağasəlim Abdullayev hadisə yerində ölmüş, 1950-ci il təvəllüdlü Ağasəlim Abdullayev və 1984-cü il təvəllüdlü Səadət Abdullayeva isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə 3 saylı Şəhər Klinik xəstəxanasına yerləşdıriliblər.

Fakta görə, Surxanı Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.3-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib və digər zəruri istintaq hərəkətləri yerinə yetirilib.

Yol nəqliyyat hadisəsinin "Mersedes-Benz G-55" markalı avtomobilin sürücüsü Xalid Mədətov tərəfindən törədilməsinə kifayət qədər əsaslı şübhələr olduğundan o, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Sürücü Xalid Mədətov narkoloji tibbi müayinədən keçirilərkən orta dərəcəli alkaqol sərxoşluğu vəziyyətində olması müəyyən edildiyindən cinayət işi Cinayət Məcəlləsinin 263-1.4-cü (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsinə tovsif edilib.

Hazırda iş üzrə istintaq davam etdirilir.

Trend


Teqlər:





Xəbər lenti