Dəyişkən buludlu-dumanlı hava gözlənilir

Dəyişkən buludlu-dumanlı hava gözlənilir
  16 Mart 2014    Oxunub:1404
Martın 17-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat.
AzVision.az xəbər verir ki, mart ayının 17-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi, səhər zəif duman olacağı gözlənilir. Temperaturun gecə 5-8° isti, gündüz 13-18°, bəzi yerlərdə 23° isti, Bakıda gecə 5-7° isti, gündüz 16-18° isti olacağı ehtimalı vardır. Atmosfer təzyiqi 750 mm civə sütunundan 760 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 75-85 %, gündüz 60-70 % təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında Havanın gündüzdən bəzi yerlərdə yağıntılı olacağı gözlənilir. Temperaturun gecə 1-6° isti, gündüz 15-20° isti olacağı ehtimalı var.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında havanın gündüzdən bəzi yerlərdə yağıntılı olacağı gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq, Temperaturun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 7-12° isti, bəzi yerlərdə 17°-dək isti olacağı ehtimalı var.

Qazax,Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında havanın əsasən yağmursuz, lakin axşam bəzi yerlərdə yağıntılı olacağı gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaqdır Temperaturun gecə 2-6° isti, gündüz 15-20° isti olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında havanın əsasən yağmursuz, lakin axşama doğru bəzi yerlərdə yağıntılı olacağı gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaqdır. Temperaturun gecə 0-5° isti, gündüz 12-17° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 5-10° isti olacağı ehtimalı vardır.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Temperaturun gecə 3-8° isti, gündüz 14-19°, bəzi yerlərdə 25°-dək isti olacağı ehtimalı vardır.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında havanın əsasən yağmursuz, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı gözlənilir. Temperaturun gecə 5-8° isti, gündüz 15-20°, dağlarda gecə 3-7° isti, gündüz 10-15° isti olacağı ehtimalı vardır.


Teqlər:





Xəbər lenti