Siqaretdən imtina xərçəng xəstəsinin ömrünü uzadır

Siqaretdən imtina xərçəng xəstəsinin ömrünü uzadır
  28 İyul 2021    Oxunub:1415
Siqareti atmaq ağciyər xərçənginin inkişafını ləngidə və xəstələrin ömrünü xeyli uzada bilər.
Azvision.az xəbər verir ki, fransız və rus alimləri apardıqları xüsusi araşdırmalardan sonra belə bir qənaətə gəliblər. Yeni elmi araşdırmaların nəticələri "Annals of Internal Medicine"də dərc edilib.

Belə ki, siqareti atanların digər bu pis vərdişə davam edən xəstələrə nisbətdə 5 il daha çox yaşaması sübut olunub.

Qeyd edək ki, ağciyər xərçəngi dünyada xərçəng ölümlərində dominantlıq edir. Bədxassəli şişlərdən dünyasını dəyişənlərin 11 faizindən çoxunda ağciyər xərçəngi olur. Bu tip xərçəng erkən mərhələlərdə aşkar edilsə belə, xəstənin sağ qalma şansı aşağı olur.

Tural Tağıyev
Azvision.az



Teqlər: Xərçəng  





Xəbər lenti