İngiltərə kosmik internetə qoşulur

İngiltərə kosmik internetə qoşulur
  02 Avqust 2021    Oxunub:3218
"Space X" şirkətinin qurucusu, məşhur milyarder İlon Maskın "Starlink" layihəsi Men adasında yerüstü peyk stansiyasının tikintisi üçün lisenziya alıb. Stansiya ərsəyə gəldikdən sonra Böyük Britaniya peyk interneti ilə təmin ediləcək.
Azvision.az xəbər verir ki, bu barədə "Business Insider" məlumat yayıb.

"Space X"-in bir hissəsi olan "Starlink" layihəsi ilə artıq Bukinqamşir və Kornuolda peyk bazaları qurulub. Daha üç yerüstü stansiyanın və orbitdə bir peyk şəbəkəsinin qurulacağı gözlənilir ki, bununla da İngiltərə layihənin tam əhatə dairəsinə düşəcək.

Qeyd edək ki, İlon Maskın "Space X" şirkəti sentyabr ayında "Starlink" mini peyklərindən istifadə edərək planetimizi qlobal internetin əhatə dairəsi ilə tam təmin etməyi planlaşdırır.

Şirkət qlobal genişzolaqlı siqnalları dəstəkləmək üçün 2027 -ci ilədək 42 min "Starlink" peykini orbitə çıxarmağı planlaşdırır.

Tural Tağıyev
Azvision.az



Teqlər: Peyk   İlon-Mask  





Xəbər lenti