Türkiyədə 10 gündür davam edən yanğınlar bir sıra ekoloji fəlakətlərə səbəb olub. Genişmiqyaslı meşə yanğınları təkcə insanlara deyil, bütün canlılara da təsir edir.
Yanğınların mərkəzi sayılan Manavqat bölgəsində isə maraqlı bir görüntü qeydə alınıb. Azvision.az xəbər verir ki, alovlardan qaçan kəpənək yanğınsöndürənlərdən birinin əlinə qonaraq oradan ayrılmayıb. Türkiyəli yanğınsöndürənin ovucundan su içən kəpənəyin videosu dünya mediasının da gündəmi olub.
Nüfuzlu "Reuters" da həmin videonu paylaşıb. Kəpənəyin insan əlindən su içməsinə dair video sosial mediada böyük diqqət çəkib.