7 kiloqram narkotik vasitə ələ keçirildi- VİDEO

7 kiloqram narkotik vasitə ələ keçirildi- VİDEO
  17 Mart 2014    Oxunub:1025
Lənkəran rayon sakini 7 kiloqram narkotik vasitə ilə saxlanıldı.
Lənkəran polisinin şəhər ərazisində keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində müxtəlif növdə olan 7 kq narkotik vasitə dövriyyədən çıxarılıb.

Lənkəran Şəhər Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, 33 yaşlı Xalid İsmayıl oğlu Hüseynov şübhəli şəxs qismində saxlanılıb. AzVision.az CTV-yə istinadən xəbər verir ki, onun yaşadığı Lənkəran şəhəri, Hacı Zeynalabdin Tağıyev küçəsi, dalan 1, ev 8 ünvanında yerləşən mənzilinə baxış keçirilərkən eyvandakı divanın altında satış məqsədilə saxladığı külli miqdarda-7 kq müxtəlif növdə olan 1013,3 qram heroin, 3021,3 qram tiryək, 202,08 qram həşiş qətranı, 1806,5 qram psixotrop maddə olan “Metamfetamin” və 1 ədəd elektron tərəzi aşkar edilib götürülüb.

İstintaqa verdiyi ilkin ifadəsində Xalid Hüseynov narkotik vasitəni tanımadığı İran İslam Respublikasının vətəndaşından əldə etdiyini, bununla belə törətdiyi əməlindən peşman olduğunu bildirib.Xalid Hüseynovun özü də narkotik vasitələrin istifadəçisidir.Bundan öncə də eyni əmələ görə saxlanılan şəxs 2 il məhkumluq həyatı yaşayıb. Qeyd edək ki, aşkarlanan narkotik vasitənin qara bazarda qiyməti, 300 min manat civarındadır.Faktla bağlı Lənkəran ŞRPŞ-də Cinayət Məcəlləsinin 234.4.3 maddəsi ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir.




Teqlər:





Xəbər lenti