Qrenlandiya buzlağına ilk dəfə yağış yağıb

Qrenlandiya buzlağına ilk dəfə yağış yağıb
  20 Avqust 2021    Oxunub:3368
Qrenlandiyada qeyri-adi təbiət hadisəsi yaşanıb. Burada buz örtüyünün ən yüksək nöqtəsinə yağış yağıb.
Azvision.az xəbər verir ki, bu bənzərsiz hadisə Kolorado Universitetinin Milli Qar və Buz Məlumat Mərkəzi tərəfindən qeydə alınıb. Buzlaq müşahidələri tarixində ilk dəfədir ki, yağış görülür.

Qeyd edək ki, Qrenlandiya son illərdə buzlaqların əriməsi ilə daha çox gündəmə gəlir. Alimlər buzlaqlara yağışın yağmasını ekoloji tarazlığın pozulmasının ciddi mesajı kimi qiymətləndirilər.

Tural Tağıyev
Azvision.az



Teqlər:





Xəbər lenti