111 yaşlı gürcü koronavirusdan sağalıb

111 yaşlı gürcü koronavirusdan sağalıb
  06 Sentyabr 2021    Oxunub:2054
Gürcüstanda həkimlər 111 yaşlı koronavirus xəstəsini sağaldıblar.
Azvision.az xəbər verir ki, bu barədə Tiflis Respublika Xəstəxanasından məlumat verilib.

"Xəstə 1910 -cu il təvəllüdlüdür. 111 yaşlı qadın koronavirusdan sağalıb və o bu gün evə yazıldı"-,xəstəxana işçisi bildirib.

Gürcüstan mətbuatının yazdığına görə, Leonila Qvadjava adlı həmin qadın Sameqrelo bölgəsində müəllim işləyib. İki övladı, yeddi nəvəsi, on nəticəsi və dörd kötücəsi var.

Tural Tağıyev
Azvision.az



Teqlər: Koronavirus  





Xəbər lenti