İsrail ordusunda qeyri-adi silah: Avtomatlar kompüterləşdirilir- FOTOLAR

      İsrail ordusunda qeyri-adi silah:   Avtomatlar kompüterləşdirilir-   FOTOLAR
  11 Sentyabr 2021    Oxunub:3343
İsrailin "Elbit Systems" (ES) şirkəti avtomatları rəqəmsal və şəbəkəli silah sistemlərinə çevirəcək xüsusi layihə hazırlayıb. Azvision.az xəbər verir ki, ərsəyə gətirilən yeni sistemlə əsgərlərin döyüş məhsuldarlığı və sağ qalmasına dair şanslar xeyli artacaq.
"ARCAS" (Assault Rifle Combat Application System) adlanan sistem hərbçilərə xüsusən də gərgin döyüşlər zamanı ətrafdakı vəziyyəti, atəşin mənbəyini, hətta döyüş sursatı haqqında məlumatları təqdim edəcək. Onlar silahın ön tərəfindəki "joystick"dən istifadə edərək həmin informasiyalara nəzarət edə biləcəklər.

"ARCAS" əsgərlərin həyatını xilas etmək üçün daha bir mühüm layihədir. Bu yeni sistemin hazırlanması, piyada və xüsusi təyinatlı qüvvələrin səmərəliliyini də xeyli artıracaq. Daim bu cür layihələrə investisiyalar yatıracağıq"-"Elbit Systems"(ES)in nümayəndələri bildirib.



"Kalaşnikov" ilk "ağıllı" silahını hazırlayıb - VİDEO
Qeyd edək ki, "ARCAS" silahın içərisinə quraşdırılmış döyüşün gedişi haqqında məlumatları xüsusi elektro-optik nişangahdan əsgər dəbilqəsindəki qurğuya ötürən bir mikro kompüterdir. Mikro kompüter görmə, əmr və idarəetmə sistemlərindən, yaxınlıqdakı digər "ARCAS" istifadəçilərindən, silahın durumundan məlumatları toplayaraq emal edəcək.

"ES" nümayəndələrinə görə, sistem tam gücü ilə məsafəni ölçmək, avtomatik olaraq ballistik düzəlişlər etmək, yanğın mənbələrini və hərəkətləri aşkarlamaq, taktiki komandanlıqla ünsiyyət qurmaq, habelə döyüşçüyə naviqasiya yardımı göstərmək kimi üstünlüklərə malikdir.



Maraqlıdır ki, bütün bu və digər informasiyaları qısa zamanda emal edən "ARCAS" görüntüyə düşən hədəfdəki insanın düşmən olub-olmamasını da təyin edə biləcək.
Bəzi mütəxəssislər kompüterləşdirilmiş bu avtomatları "22-ci əsrin silahı" kimi xarakterizə edirlər.

Tural Tağıyev
Azvision.az



Teqlər:   İsrail   Silah  





Xəbər lenti