İlin ən axmaq elmi kəşfləri: Şnobel laureatları məlum oldu

      İlin ən axmaq elmi kəşfləri:    Şnobel laureatları məlum oldu
  12 Sentyabr 2021    Oxunub:2510
Bu ilin Şnobel (Ig Nobel) laureatları məlum olub. Nobel mükafatının bir növ əksi olan Şnobel mükafatı ən məzəli elmi araşdırmalara görə verilir. Priz 10 trilyon Zimbabve dollarının linkidir. Onu qaliblərin özləri endirərək, çap etməlidirlər.
Biologiya nominasiyasında belə bir “nəzəriyyə”nin yoxlanması qalib gəlib ki, kişilərə saqqal həqiqətənmi döyüş zamanı sifətlərini zərbədən qorumaq üçün lazım olub?! Yuta Universitetinin alimləri Darvinin üzdəki tüklərin kişilərə əks cinsi cəlb etmək üçün gərək olduğu fikrini mübahisələndirmək üçün eksperiment aparıblar və məlum olub ki, həqiqətən də, saqqal üzə dəyən zərbələrin təsirini bir qədər yumşaldır.


İqtisadiyyat üzrə nominasiyada Monpelye biznes məktəbinin professoru Pavlo Blavatski qalib gəlib. O, süni intellektdən istifadə etməklə, ayrı-ayrı ölkələrdə məmurların köklük dərəcəsi ilə korrupsiyanın səviyyəsi arasındakı korrellyasiyanı araşdırıb. Məlum olub ki, ölkədə siyasətçilər nə qədər piylidirlərsə, korrupsiya da o qədər çoxdur.

Entamologiya üzrə mükafatı ABŞ-ın Hərbi Dəniz Qüvvələrinin ehtiyatda olan polkovniki Con Malrennan alıb. O, sualtı qayıqlarda tarakanları məhv etmək üçün üzvi fosfor tərkibli insektisidlərin təsirini araşdırıb. Məlum olub ki, təsiri var.

Fizika üzrə mükafat belə bir vacib sualın cavabını tapan alimlər qrupuna verilib: Niyə piyadalar yolla gedərkən bir-birilə toqquşmurlar?


Nəqliyyat üzrə qalib elan olunan Kornuell Universitetinin elmi işçiləri isə eksperimental yolla belə bir vacib, əhəmiyyətli suala aydınlıq gətirməyə çalışıblar ki, gərgədanı başıaşağı şəkildə havada daşımaq təhlükəsizdirmi? Məlum olub ki, təhlükəsizdir.

Samir Quliyev
Azvision.az



Teqlər: Şnobel   Allah-Ağıl-Versin  





Xəbər lenti