Azvision.az xəbər verir ki, bu missiya
tarixdə ilk dəfə mülki şəxslərin ekipaj qismində kosmosa çıxarılmasıdır.
"Inspiration4" missiyası orbitə
"Dragon" kosmik gəmisi vasitəsilə göndərilib. Bu tarixi hadisə-yeni və fərqli ekipajın orbitə çıxarılması Floridanın NASA Kosmos Mərkəzindəki "39A" kompleksindən
"Falcon 9" raketi vasitəsilə reallaşdırılıb. "Inspiration4" -ün heyəti iş adamı və missiyanın təşəbbüskarı Jared Ayzekman, pilot Sian Proktor, heyət həkimi Hayley Arseno və uçuş mühəndisi Kris Sembroskidən ibarətdir.
Onların heç biri peşəkar astronavt deyil.
"Inspiration4" ekipajının təxminən üç gün sonra Yerə qayıdacağı gözlənilir. Kosmik gəmi Florida sahillərində enəcək.
Tural Tağıyev
Azvision.az