Hazırda hava limanlarında 38 belə xidməti itin olduğu qeyd edilir. İtlərə COVID-19-a yoluxmuş insanlardan alınan tər nümunələrindən istifadə edərək təlim keçiblər. İndi onlar gündə təxminən 30-40 "test" keçirirlər. Bildirilir ki, təlim itlərindən bu məqsədlə nəinki hava limanlarında, hətta istənilən sahədə istifadə etmək olar.
Dubay polisinin sözçüsü Salah Xalif al-Mazrui "Reuters"ə deyib ki, artıq müxtəlif ölkələr itlərə virusa yoluxanı tapmağı öyrətməyin üsulları ilə bağlı maraq göstərirlər.
Tural Tağıyev
Azvision.az