Əfqanlar Azərbaycanda təhsil ala biləcəklərmi?

   Əfqanlar Azərbaycanda təhsil ala biləcəklərmi?
  17 Sentyabr 2021    Oxunub:2832
Təhsil Nazirliyi Azərbaycanda ali təhsil müəsisələrinə qəbul olunan əfqan tələbələrin ölkəyə gəlməsi məsələsinə münasibət bildirib.
Azvision.az xəbər verir ki, "Media və təhsil dialoqu" mövzusunda keçirilən təlimdə bu barədə Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Tural Əhmədov danışıb. O bildirib ki, Əfqanıstanda sərhədlər bağlıdır, səfirliklərin çoxunun da fəaliyyəti məhdudlaşdırılıb:

"Biz hazırda Əfqanıstanın müvafiq təmsilçiliyi ilə Azərbaycanda təhsil alacaq əfqan tələbələrin ölkəyə necə gələcəyini araşdırırıq. Əfqan tələbələrin bir hissəsi ölkəmizdədir, amma bizi daha çox maraqlandıran yeni qəbul olunan tələbələrdir. Məsələn, Azərbaycan Dillər Universiteti 10 yeni əfqan tələbə cəlb edibsə, onlar ölkəyə necə gələcək? Hazırda Əfqanıstan Azərbaycanla sərhədi açıq olan 42 ölkə sırasında deyil. Biz hətta Afrikanın hansısa ölkəsindən qəbul olunan 1 tələbənin də gəlməyində maraqlıyıq, çünki xarici tələbənin cəlb edilməsi eyni zamanda investisiyadır. Çünki burada yaşayır, pul xərcləyir. Bu konteksdə hələ ki, bizə dəqiq məlumat verilməyib. Biz bilmirik ki, onlar gələ biləcək, ya yox. Gəlsə, hansı şərtlərlə gələcək və nə vaxt gələcək. Ona görə də gözləmə mövqeyindəyik".

Şöbə müdiri eyni zamanda deyib ki, təhsil almaq üçün Azərbaycandan Əfqanıstanagedən tələbə yoxdur.

Aytən Zəhra
Azvision.az


Teqlər: Tələbə   Əfqan  





Xəbər lenti