Elektromobillər küçədə təmassız şarj olunacaqlar- FOTOLAR

Elektromobillər küçədə təmassız şarj olunacaqlar-   FOTOLAR
  07 Oktyabr 2021    Oxunub:2484
İngiltərənin "Char.gy" şirkəti elektromobillər(Elektriklə çalışan yeni nəsil avtomobilləri-red.) üçün simsiz şarj cihazlarının 12 aylıq sınaqlarına başlayıb. Azvision.az xəbər verir ki, bu barədə "The Sunday Times Driving" məlumat yayıb.
Testlər induksiya doldurma avadanlığı ilə təchiz edilmiş 10 "Renault Zoe" elektromobili üzərində aparılacaq. Avtomobilin altındakı lövhələr dayanacaqda quraşdırılmış xüsusi simsiz şarj aləti ilə uyğunlaşdırılacaq.

"Opel” yeni elektrik avtomobili “Opel Rocks-e”ni təqdim etdi
Şarj etmə prosesi yalnız elektromobil onun üstündə dayananda aktivləşir. Qeyd olunur ki, elektromobillərin simsiz şəkildə yanacaqla təmin edilməsi texnologiyası Almaniyanın "IPT Technology" şirkəti ilə "Warwick" Universiteti (Böyük Britaniya-red.) arasında əməkdaşlıq nəticəsində hazırlanıb.



"Char.gy" məlum yeniliklə bağlı bəyan edib ki, "Avtomobilini şarj edə bilməyənlər yeni üsulun köməyi ilə bu problemlərini rahatlıqla küçələrdə həll etmək imkanı qazanacaqlar. .



Xatırladaq ki, bundan öncə "Mahle Powertrain" və "Allotrope Energy", cəmi 90 saniyədə doldurula bilən lityum karbonlu batareya hazırlamışdı.

Tural Tağıyev
Azvision.az



Teqlər:   Avtomobil   Şarj  





Xəbər lenti