Marsda fəlakətə səbəb olan daşqın izləri aşkarlanıb

Marsda fəlakətə səbəb olan daşqın izləri aşkarlanıb
  09 Oktyabr 2021    Oxunub:1502
ABŞ və Fransadan olan tədqiqatçılar Marsda fəaliyyət göstərən "Perseverance" robotunun çəkdiyi fotoşəkilləri təhlil edərkən maraqlı nüanslar aşkarlayıblar. Ezero kraterinda olmuş gölə yaxın qədim çay deltasının nişanələrini, ümumilikdə ərazini incələyən mütəxəssislər ərazidə baş vermiş təbii fəlakətlə bağlı yeni faktlar aşkarlayıblar.
Azvision.az xəbər verir ki, elm adamları burada fəlakətli daşqınlara dair sübutlar tapıblar. Bununla bağlı alimlərin yazdıqları məqalə "Science" jurnalında dərc edilib.

"Qırmızı planet" də yeni mineral nümunələri tapılıb
Marsdakı peyklər üzərində aparılan araşdırmalara əsasən belə qənaətə gəlinib ki, 3.7 milyard il əvvəl Ezero krateri göl olub və bura nəhəng bir çay axırmış. 2021-ci ilin fevral ayında Marsa enən "Perseverance rover"in iki kamerasının görüntülərinin təhlili də göstərib ki, daşqın nəticəsində ərazi dağıntılara məruz qalıb. Oxşar mənzərələr Yer kürəsində baş verib.

Tural Tağıyev
Azvision.az



Teqlər:   Mars   Daşqın   Krater  





Xəbər lenti