`Toppuş bacı` uşaqları belə güldürdü- FOTO

`Toppuş bacı` uşaqları belə güldürdü- FOTO
  24 Mart 2014    Oxunub:3068
AzVision.az Ans Press -ə istinadən xəbər verir ki, mart ayının 22-23-də Heydər Əliyev Sarayında respublikanın əməkdar artisti Tünzalə Əliyevanın (Toppuş bacı) iştirakı ilə, uşaqlar üçün Novruz şənlikləri keçirilib. Uşaqlara Novruzun sevilən personajları Bahar qız, Kosa və Keçəlin iştirak etdiyi “Baharın nağılı” adlı yeni və maraqlı musiqili – tamaşa təqdim olunub.

Uşaqlar musiqili -tamaşada Bahar qızla ögey ananın, keçəl ilə kosanın, Novruzun, ayının, hiyləgər tülkünün, dovşanın, yırtıcı canavarın rastlaşdığı məcaraları seyr etmək imkanı əldə ediblər. Sonda hamının dostlaşaraq çətinliklərdən necə qurtulduqlarının şahidi olublar.

Qeyd edək ki, bayram şənliklərinə uşaq evlərindən, müharibə veteranları və şəhidlərinin ailə üzvləri, fiziki qüsurlu, əlil uşaqlar təmannasız olaraq dəvət olunublar.

Qalereya




Teqlər:





Xəbər lenti