Hollivuddan Krıma qadağa

Hollivuddan Krıma qadağa
  25 Mart 2014    Oxunub:1221
Məşhur şirkətlər rusiyalı distribüterlərə öz filmlərinin Krımda nümayiş hüquqlarına etiraz ediblər.
Azvision.az xəbər verir ki, Amerikanın nəhəng kinoşirkətləri, eləcə də "Paramount Pictures", "Sony Pictures", "Universal", "20th Century Fox" rusiyalı distribüterlərə öz filmlərinin Krımda nümayiş hüquqlarına etiraz edirlər.

Krım yarımadasında və Ukraynada ən qədim kinoteatr olan "Şevçenko" adına kinoteatrın direktoru Vladimir Miroşniçenko məsələnin həll ediləcəyini deyib.

"Biz Rusiya ərazisində bütün hüquqi şəxslərlə danışmışıq. Məsələn, "Vest" bütün MDB ərazisində kinoteatr nümayişlərinin hüququna malikdir. Bu üzdən də heç bir problemimiz yoxdur. May ayında filmlərdən birinin nüsxəsini alıb nümayiş etdirəcəyik."/ANS/


Teqlər:  





Xəbər lenti