Astronomiyada nadir hadisə: Alimlər ekzoplanetin fotosunu çəkdilər- FOTO

      Astronomiyada nadir hadisə:   Alimlər ekzoplanetin fotosunu çəkdilər-   FOTO
  25 Oktyabr 2021    Oxunub:1629
Günəş sistemindən kənarda indiyə qədər aşkarlanmış ən gənc ekzoplanetlərdən biri olan 2M0437b-nin fotoşəkili çəkilib. Fotonu Manoadakı Havay Universitetinin (ABŞ) elmi rəhbərliyi altında astronomlar qrupu qeydə alıblar.
AzVision.az xəbər verir ki, bu barədə “ScienceAlert” məlumat yayıb.

Günəşin sönməsindən sonra salamat qalan nəhəng ekzoplanet aşkarlanıb
“Bu kəşf teleskoplarımızla birbaşa müşahidə edə biləcəyimiz planetlərin elit siyahısına əlavə olunur. Planetdən gələn işığı təhlil edərək, onun tərkibi və harada və necə yarandığı haqqında bir şey deyə bilərik",- astronom Erik Qaidos deyib.

Qeyd olunur ki, astronomlar artıq Günəş sistemindən kənarda minlərlə ekzoplanet aşkar ediblər. Lakin elm adamlarının 2M0437b-nin birbaşa fotoşəkilini çəkə bilmələri nadir hadisə sayılır.



Bildirilir ki, ekzoplanet Yerdən təxminən 417 işıq ili uzaqlıqda yerləşir. O, ilk dəfə 2018-ci ildə Havaydakı "Subaru" Teleskopu sayəsində aşkar edilib.

Astronomların fikrincə, 2M0437b-nin bir neçə milyon yaşı var. Planetin temperaturu 1127 ilə 1227 dərəcə Selsi arasında dəyişir.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ekzoplanet   Astronom   Foto  





Xəbər lenti