Dünyada ilin ən yaxşı idmançısı azərbaycanlı oldu

Dünyada ilin ən yaxşı idmançısı azərbaycanlı oldu
  28 Mart 2014    Oxunub:1464
Beynəlxalq Güləş Federasiyası (FILA) tərəfindən 2013-cü ilin yekunlarına əsasən, ilin ən yaxşı güləşçilərinin adları açıqlanıb.

Azərbaycan Güləş Federasiyasından trend-ə verilən məlumata görə, yığma komandamızın üzvü Saman Təhmasibi yunan-Roma güləşi üzrə 2013-cü ilin ən yaxşı güləşçisi seçilib. 2013-cü ildə keçirilən dünya çempionatında gümüş medal (10 xal), ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş Qızıl Qran Pri beynəlxalq turnirinin final mərhələsində qızıl medal (6 xal) və Avropa çempionatında 5-ci yer (2 xal) qazanan Saman Təhmasibi yunan-Roma güləşçiləri arasında ən yüksək reytinq xalı - 18 xal toplayaraq "İlin ən yaxşı güləşçisi" adına layiq görülüb.

Qeyd edək ki, FILA idmançıları il ərzində keçirilən mötəbər beynəlxalq yarışlarda (Olimpiya Oyunları, dünya çempionatı, qitə çempionatları, Qızıl Qran Pri turnirinin final mərhələsi) göstərdiyi nəticələrə görə qiymətləndirir.


Teqlər:  





Xəbər lenti