"Çoxlarına elə gəlir ki, təhsil haqqında hər şeyi bilirlər" - Təhsil naziri

"Çoxlarına elə gəlir ki, təhsil haqqında hər şeyi bilirlər" -    Təhsil naziri
  18 Noyabr 2021    Oxunub:2299
"Valideynlərimizin getdiyi məktəblə 2021-ci ildə uşaqlarımızın getdiyi məktəb arasında böyük fərq var. Hər bir insanın məktəb haqqında fikirləri var və bir çoxları elə bilir ki, təhsil haqqında hər şeyi bilir".
AzVision.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev Azərbaycan Uşaqlarının V Ümumrespublika Forumunda çıxışı zamanı deyib. O bildirib ki, təhsil sisteminin kökündə duran məsələ mexaniki fənn biliklərinin ötürülməsindənsə, uşaqlara dəyərlərin öyrədilməsidir:

"Təhsil sistemində böyüklər tərəfindən uşaqlara qarşı müəyyən gözləntilər formalaşıb. Lakin biz sual veririk ki, uşaqlar nəyi öyrənmək istəyir? Eyni zamanda 20 ildən sonra uşaqlar nə gözləyir?. Ayrı-ayrı fənlərin müstəqil tədrisi müəyyən mənada köhnəlmiş sistemdir. İnsan üzləşdiyi problemləri həll edəndə dərsliyə uyğun həll etmir, problemə kompleks yanaşır, öyrəndikləri əsasında həll edir".

Nazir qeyd edib ki, fənn bazasından yavaş- yavaş layihə əsaslı öyrənməyə keçməliyik:
"Hər bir məqsədə çatmaq üçün daha kiçik layihələr ola bilər. Fikrimcə məktəbdə uşaqlara bunun vacib olduğu öyrədilməlidir. Bu əsasda biz əxlaqi- mənəvi dəyərlərə malik yeni nəsil formalaşdıra biləcəyik".

Aytən Zəhra
AzVision.az



Teqlər:





Xəbər lenti