Norveçdə bar və kafelərdə araq satışı qadağan edildi

Norveçdə bar və kafelərdə araq satışı qadağan edildi
  15 Dekabr 2021    Oxunub:1977
Yeni növ kronavirus infeksiyasına yoluxma hallarının sürətlə artdığı Norveçdə “Omikron” variantının yayılmasının qarşısını almaq üçün bar və restoranlarda spirtli içkilərin satışı qadağan edilib.
AzVision.az xəbər verir ki, Norveçdə COVID-19-a yoluxmalar oktyabr ayından kəskin şəkildə artıb, pandemiyanın başlanğıcından ən yüksək gündəlik rəqəmlər qeydə alınıb.

“Norveçdə yoluxma nisbətləri kəskin şəkildə artır. İndi “Omikron” variantı var və onun nə qədər tez yayıla biləcəyi ilə bağlı yeni məlumatlar əldə etmişik. Vəziyyətimiz çox ciddidir. Epidemiyaya nəzarəti təmin etmək üçün daha sərt tədbirlər görülüb”, - deyə ölkənin Baş nazir Conas Qahr Stor deyib.

AzVision.az


Teqlər: Norveç  





Xəbər lenti