NASA-nın kosmik zondu Günəşə “toxunub”

  NASA-nın kosmik zondu Günəşə “toxunub”
  17 Dekabr 2021    Oxunub:2440
NASA-nın kosmik zondu “tac” adı ilə məlum olan öyrənilməmiş Günəş atmosferinə “baş vuraraq” rəsmi şəkildə Günəşə toxunub. Bu barədə “Associated press” agentliyi məlumat yayıb.
AzVision.az xəbər verir ki, “Parker” zondu kosmik gəminin səkkizinci dəfə Günəşə yaxınlaşması zamanı aprel ayında “tac”ın ərazisindən keçib. Alimlər bu barədə məlumatların alınmasına bir neçə ay sərf olunduğunu, sonra isə onların təsdiqlənməsinə də bir o qədər vaxtın getdiyini bildiriblər. Layihənin iştirakçılarından olan Con Hopkins universitetinin elmi əməkdaşı Nur Raufi bu faktı “heyrətamiz dərəcədə riqqət doğuran” hadisə kimi qiymətləndirib.
2018-ci ildə kosmik orbitə çıxarıaln “Parker” zondu ilk dəfə Günəş atmosferi ilə Günəşdən gələn külək arasındakı qeyri-hamar sərhədi keçərkən Günəşdən 13 milyon kilometrlik məsafədə olub. Alimlərin dediyinə görə, kosmik gəmi “tac” məkanına ən azı 3 dəfə daxil olub və oranı tərk edib və hər dəfə də bu keçidlər rəvan şəkildə baş verib.

Sahil İsgəndərov

AzVision.az


Teqlər: NASA   Günəş  





Xəbər lenti