Bakıya alternativ şəhərlərin yaradılması təklif edildi

   Bakıya alternativ şəhərlərin yaradılması təklif edildi
  21 Dekabr 2021    Oxunub:1580
Azərbaycanda bəzi inzibati rayonlar mərkəzləşdirilmiş sistemə keçməlidir.
AzVision.az xəbər verir ki, bu təkliflə AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun direktoru, coğrafiya elmləri doktoru Zakir Eminov çıxış edib.

Alim iqtisadi baxımdan qeyri-fəal rayonların mərkəzdən idarə olunmasını məqsədəuyğun hesab edərək bildirib ki, bəzi rayonların potensialından düzgün istifadə edilmədiyindən daha səmərəli fəaliyyət göstərmək üçün yeni inzibati idarəetmə sisteminə keçirilməli və səlahiyyətlər mərkəzləşdirilməlidir.

O qeyd edib ki, Azərbaycanın kənd təsərrüfatı sahəsində potensialı nəzərə alınmalı, aqrar sənaye kompleksləri qurulmalıdır: "Əhalinin paytaxta axınının qarşısının alınması baxımından Bakı ilə rəqabət apara bilən regional şəhərlərin yaradılması zəruridir. Həmin şəhərlərdə iri sənaye obyektlərinin, xidmət sahələrinin yaradılması ətraf ərazilərin sakinlərinin həm işlə təmin olunmasına, həm də gəlirlərin əldə edilməsi üçün zəmin yaradar".

AzVision.az



Teqlər: Bakı  





Xəbər lenti