Dünyanın ilk elektrik tankeri suya buraxılıb

Dünyanın ilk elektrik tankeri suya buraxılıb
  23 Dekabr 2021    Oxunub:2459
"KOA Industry Co"nın hazırladığı və dünyanın ilk elektrik tankeri olan "Asahi" Yaponiyada suya buraxılıb.
AzVision.az xəbər verir ki, bu barədə Yaponiya mediası məlumat yayıb. Şirkətin mətbuat xidmətindən verilən məlumata görə, mərasim dünən Şikoku adasındakı Kaqava prefekturasındakı gəmiqayırma zavodunda baş tutub. Gəminin uzunluğu 62 metr, hündürlüyü isə 10,3 metrdir. Tankerin tutumu 499 ton, yanacaq anbarının həcmi isə 1,28 min kubmetrdir. "Asahi" ümumi gücü 3,48 min kilovat olan litium-ion batareyaları ilə təchiz edilib. Tankerin 2022-ci ilin mart ayından Tokio körfəzindəki transokean gəmilərinə yanacaq doldurmaq üçün istifadə ediləcəyi gözlənilir.

Tural Tağıyev
AzVision.az



Teqlər: Gəmi   Yaponiya  





Xəbər lenti