"Bizdə ali məktəbə qəbul olmaq daha asandır, nəinki bitirmək"

   "Bizdə ali məktəbə qəbul olmaq daha asandır, nəinki bitirmək"
  23 Dekabr 2021    Oxunub:1905
"Azərbaycanda ali təhsil müəssisələrinə qəbul olunanların 95-96 faizi məktəbi vaxtında bitirir. Dünyanın inkişaf etmiş ölkələrində bu göstərici 60 faiz və daha aşağıdır. Bizim keyfiyyətə nəzarətlə bağlı atdığımız hər addım cəmiyyətdə əlavə narazılıq, ədalətsizlik təəssüratı yaradır".
AzVision.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev İctimai tv-də müshaibə verərkən deyib. O bildirib ki, tələbələrin 70 faizi ali təhsili vaxtında bitirsə, o zaman narazılıq yaranacaq:

“Deyiləcək ki, Təhsil Nazirliyi mane olur. Ali təhsil müəssisəsinə qəbul olmaq bizdə daha çətindir, nəinki bitirmək. Bu problemi cəmiyyət olaraq müzakirə etməliyik”.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti