Alimlər ömrü uzadan məhsulun adını açıqlayıblar

Alimlər ömrü uzadan məhsulun adını açıqlayıblar
  04 Yanvar 2022    Oxunub:2521
Tünd şokolad erkən ölümün qarşısını alır. AzVision.az xəbər verir ki, bu barədə Harvard Universitetinin alimləri məlumat yayıblar.
Onlar hesab edirlər ki, mütəmadi oalraq tünd şokoladdan istifadə edənlərdə erkən ölüm halalrına genetik meyllənmə aradan qalxır.

Araşdırma nəticəsində məlum olub ki, bu məhsuldan istifadə edən insanlar onu yeməyənlərə nisbətən bir il daha çox yaşayırlar. Tərkibindəki yüksək antioksidanlar və minerallar sayəsində tünd şokolad qan təzyiqini yaxşılaşdırır, xərçəng və ürək-damar xəstəliklərinin inkişafının qarşısını ala bilir. Bundan əlavə, məlum məhsul yaddaşı və beyin funksiyasını da yaxşılaşdırır, insulinlə bağlı problemləri azalda bilər.

-Tədqiqatçılar ayda 3 ədəd (50-100 qramlıq-red.)şokolad yeyənlərin vaxtından əvvəl ölüm riskinin 36% azaldığına diqqət çəkiblər. Bundan əvvəl britaniyalı dietoloq Maykl Mosli arıqlamaq istəyənləri tünd şokoladdan istifadə etməyə çağırmışdı. Çünki bu çeşidin ağ və südlü şokoladla müqayisədə sağlamlıq baxımından bir çox faydası var. O, həmçinin tünd şokoladda 75%-dən az olmayan kakao olmasına diqqət çəkib. Bununla belə, Mosley şirniyyatdan çox istifadə etməməyə və balanslı bir pəhriz saxlamağa çağırıb,-"Express" nəşri yazıb.

Tural Tağıyev
AzVision.az



Teqlər: Şokolad   Alim  





Xəbər lenti