Virusdan qorunmaq üçün oğlunu baqajda daşıdı

Virusdan qorunmaq üçün oğlunu baqajda daşıdı
  15 Yanvar 2022    Oxunub:1402
ABŞ-da bir qadın koronavirusa yoluxmuş oğlundan qorunmağın anormal üsulunu tapıb. O, COVID-19 testi müsbət çıxmış 13 yaşlı uşağı avtomobilin baqajında ​​daşımaq qərarına gəlib.
AzVision.az xəbər verir ki, bu barədə ABC məlumat yayıb.

Məlumata görə, ana koronavirus test mərkəzinə gələrkən tibb bacısı maşında qəribə səs eşidib və qadından baqajı açmasını istəyib. Baqajda yan üstə uzanan uşağı görən tibb bacısı dərhal polisə müraciət edib.

Bundan sonra ana oğlunu maşında oturtsa da hər kəs onu qınayıb. O, oğlunu baqajda saxlamaqda məqsədinin ondan virusa yoluxmaq istəməməsi ilə izah edib.

Qadının müəllim işləməsi də diqqət çəkib. Onun dərs dediyi məktəbdə isə qəribə tərbiyə üsullarına əl atdığı üçün fəaliyyəti müvəqqəti olaraq dayandırılıb. Polis işi məhkəməyə verəndən sonra hakim qadını zaminə buraxıb. Amma qadın uşaq zorakılığı maddəsi ilə mühakimə olunacaq.

Tural Tağıyev
AzVision.az



Teqlər: Test   Virus  





Xəbər lenti