Argentina "yanır" - Yanvarda 40 dərəcə isti qeydə alınıb - FOTOLAR

     Argentina "yanır"  - Yanvarda 40 dərəcə isti qeydə alınıb -   FOTOLAR
  15 Yanvar 2022    Oxunub:2144
Dünyanın dörd bir yanında qar və şaxtalı hava müşahidə edildiyi bir vaxtda Argentina sözün həqiqi mənasında istidən "yanır". AzVision.az xəbər verir ki, bu ölkədə hazırda anomal istilər müşahidə edilir, bəzi yerlərdə isə rekord temperatur qeydə alınıb - 40 dərəcədən yuxarı.
Bu səbəbdən də Argentina hazırda planetin ən isti yerinə çevrilib. Ölkədə havanın hərarəti hətta Avstraliyadakı yüksək temperaturu da keçib. Yerli sakinlər deyirlər ki, səhər saatlarından termometr + 31 dərəcəni göstərir. İnsanlar plyajlarda daha çox vaxt keçirir, dənizdən uzaq olan ərazilərdə isə fontanlarda sərinləməyə çalışırlar.

Ciddi iqlim dəyişiklikləri baş verir: 142 ilin istilik rekordu qırıldı
Yerli hakimiyyət orqanları sakinləri günün ən isti vaxtında günvurmaya məruz qalmamaq üçün açıq və yüngül paltarlar geyinməyə, xeyli miqdarda su içməyə çağırıb.

Sonuncu dəfə belə anomal istilərk 1957-ci ildə qeydə alınıb və 1995-ci ildə temperatur + 40 dərəcəyə qədər yüksəlib. Alimlər bu cür ekstremal hava hadisələrini iqlim dəyişikliyi ilə əlaqələndirirlər.













Tural Tağıyev
AzVision.az



Teqlər:   Argentina   İsti   Temperatur  





Xəbər lenti