Fransa jurnalında dünya və Avropa çempionumuzun müsahibəsi dərc olunub

Fransa jurnalında  dünya və Avropa çempionumuzun müsahibəsi dərc olunub
  05 Aprel 2014    Oxunub:1605
Fransanın idman həvəskarları tərəfindən daha çox oxunan “Carete bushido” jurnalının mart nömrəsində nəşrin əməkdaşı Lüdovik Moşiyenin karate üzrə dəfələrlə dünya və Avropa çempionu titulunu qazanan Rafael Ağayevlə müsahibəsi dərc olunub.

“Rafael Ağayev: Rəqibimlə döyüşdən həzz alıram” sərlövhəli müsahibənin əvvəlində karate üzrə dördqat dünya və səkkiz dəfə Avropa çempionu olan həmyerlimizin idmanın bu növü üzrə keçirilən yarışlarda böyük uğurlar qazandığına görə məşhur karate ustalarını birləşdirən Dünya Karate Cəmiyyətinə üzv olduğu xatırlanmış, yarışlar zamanı cəldliyi və xüsusi oyun üslubu nümayiş etdirməsi ilə azarkeşlərin rəğbətini qazanmasından bəhs olunub.

İdmana gəlişi ilə bağlı müxbirin verdiyi suala cavabında R.Ağayev Bakıdan 30 kilometr məsafədə yerləşən sənaye şəhəri Sumqayıtda anadan olduğunu, uşaqlıqdan idmana böyük həvəs göstərdiyini, ilk vaxtlar futbolla maraqlandığını, sonralar karate ilə məşğul olduğunu, 2004-cü ildə Moskvada karate üzrə keçirilən Avropa çempionatında 65 kq çəki dərəcəsində çıxış etdiyini və qələbə qazandığını diqqətə çatdırıb.

Müsahibədə karatenin beşinci danına layiq görülən idmançımızın 2011-ci ildə italiyalı Büza və 2012-ci ildə isə Hollandiyanın ən güclü karate ustası Smaala böyük üstünlüklə qələbə gəldiyi xüsusi vurğulanıb.

1986-cı ildə dünya çempionu olmuş Fransanın karate ustası, hazırda ölkənin karate üzrə yığma komandasının məşqçisi Jak Tapolun Rafael Ağayev barədə fikirləri müsahibədə yer almışdır. Məşqçi qeyd etmişdir ki, oyunlarında yüksək cəldlik və hücum nümayiş etdirən R.Ağayev öz döyüş tərzinə görə başqalarına nümunə göstərir. R.Ağayev dünya karatesinin brilyantıdır.

Müsahibədə idmançımızın müxtəlif vaxtlarda qazandığı qələbələrdən ətraflı söhbət açılıb.


Teqlər:  





Xəbər lenti