Bağça müdirləri və işçilərin əmək müqaviləsinin müddəti uzadılıb

Bağça müdirləri və işçilərin əmək müqaviləsinin müddəti uzadılıb
  18 Yanvar 2022    Oxunub:1771
Bağça müdirləri ilə əmək müqaviləsinin müddəti uzadılıb.
Bu barədə AzVision.az -a Təhsil Nazirliyindən məlumat verilib. Qeyd olunub ki, nazirlik uşaq bağçalarının müdirləri barədə müsbət qərar verib:

"Məktəbəqədər təhsil müəssisəsinin çalışmanın yaş həddinə çatmış müəssisə rəhbərləri və pedaqoji işçiləri ilə bağlanmış əmək müqaviləsinin müddətinin 30 iyun 2022-ci il tarixinədək uzadılması barədə nazirlik tərəfindən rəsmi qərar verilib. Müqavilə müddətinin uzadılması yaş həddinə çatmış şəxslərin razılığı əsasında aparılacaq".

Xatırladaq ki, 20 dekabr 2021-ci il tarixindən etibarən müvafiq sərəncama əsasən, dövlət məktəbəqədər müəssisələri Təhsil Nazirliyinin tabeliyinə verilib.

AzVision.az





Teqlər: Bağça  





Xəbər lenti