"Yer əhalisi Marsın məskunlaşdırılmasına kifayət etməyəcək" - Mask

"Yer əhalisi Marsın məskunlaşdırılmasına kifayət etməyəcək" -    Mask
  19 Yanvar 2022    Oxunub:1167
"SpaceX" şirkətinin rəhbəri, məşhur amerikalı iş adamı İlon Mask Mars planetinin məskunlaşdırılması ilə bağlı maraqlı açıqlama verib.
AzVision.az xəbər verir ki, o "Twitter" səhifəsində Yer əhalisinin Marsın koloniyalaşdırmasında kifayət etməyəcəyini yazıb. Bu isə onu narahat edir.

"SpaceX" yadplanetlilərlə bağlı məlumatları gizlədir?- VİDEO
Amerikalı iş adamı qeyd edib ki, insanlar doğum səviyyəsinin fəlakətli şəkildə azalmasından getdikcə daha çox narahat olmalıdırlar. O, BMT-nin planetin əhalisi ilə bağlı proqnozlarını cəfəngiyyat adlandırıb və azalan doğum səviyyəsini nəzərə alaraq yenidən hesablamalar aparmağı təklif edib.

- Əgər Yer kürəsində kifayət qədər insan yoxdursa, o zaman Marsda da mütləq çatışmazlıq olacaq.

Tural Tağıyev

AzVision.az



Teqlər:   Mars  





Xəbər lenti