Kosmonavtlar Beynəlxalq Kosmik Stansiyada müəmmalı toz yığını görüb

Kosmonavtlar Beynəlxalq Kosmik Stansiyada müəmmalı toz yığını görüb
  19 Yanvar 2022    Oxunub:2101
Rusiya kosmonavtları açıq kosmosda işləyərkən Beynəlxalq Kosmik Stansiyanın "Poisk" modulunun çıxış lyukundan qəribə toz yığınının uçmasını müşahidə ediblər. AzVision.az xəbər verir ki, bu fakt "Roskosmos"un yayımı zamanı məlum olub.
- Anton, lyukdan tozun uçduğunu gördünmü?- mütəxəssis Şkaplerovdan soruşub. Astronavt həqiqətən də qəribə toz yığınını gördüyünü söyləyib.

Qeyd edək ki, Şkaplerov və Petr Dubrov Moskva vaxtı ilə saat 15.24-də açıq kosmosa çıxıblar. Onlar növbəti çıxışları zamanı işi asanlaşdırmaq üçün stansiyanın Rusiya seqmentinin yeni modulları - "Nauka" və "Priçal" arasında tutacaqlar-keçidlər quraşdırırlarmış. Bundan əlavə, iki modul modullararası rabitə kabelləri ilə birləşdirilməli və antenaları da quraşdırılmalıdır.

Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti