Mehriban Əliyevanın çıxışı Assoşeytet Pres-in reportajinda

Mehriban Əliyevanın çıxışı Assoşeytet Pres-in reportajinda
  06 Aprel 2014    Oxunub:1696
Mehriban Əliyeva: “Xalqımız bu yeni idman tarixinin bir hissəsi olmaqdan fərx duyur”.

Azərbaycanın ev sahiliyi ilə baş tutacaq 2015-ci il ilk Avropa Olimpiya Oyunlarının keçirlməsi elə avropa dövlətlərinin də diqqət mərkəzindədir. Dünyanın aparıcı xəbər agentliklərinin yer ayırdığı məlumatlardan da biri bu tədbirə hazırlıqdır. AzVision.az Ans Press -ə istinadən Assoşeytet Pres agentliyinin Bakıdan hazırladığı reportajı təqdim edir.

Gələn il iyun ayında Azərbaycanda keçiriləcək ilk Avropa Olimpiya Oyunları ilə əlaqədar Avropa Olimpiya Komitəsinin Koordinasiya Komissiyası Azərbaycana səfər edib. Avropalı rəsmiləri ölkənin birinci xanımı, eyni zamanda, 2015-ci il ilk Baku Avropa Oyunları təşkilatçı komitəsinin sədri Mehriban Əliyeva ilə görüş keçiriblər. Görüşdə Mehriban Əliyeva çıxışı zamanı ölkənin olimpiyadaya ciddi hazırlaşdığını bildirib: "Bildiyiniz kimi Azərbaycan idmanın müxtəlif növlərində dəfələrlə Dünya və Avropa çempionatlarına ev sahibliyi edib. Ölkəmizə gələn qonaqlar və idman mütəxəsiləri bu tədbirlərdə yüksək səviyyəli təşkilatçılığın şahidi olublar. Xalqımız bu yeni idman tarixinin bir hissəsi olmaqdan fərx duyur, hökumət isə ilk Avropa Olimpiya Oyunlarının uğurlu olması və avropalı atletlərin böyük təcrübə keçməsi üçün lazımı dəstəyi göstirir. Tədbirin təşkil olunmasında bütün nazirliklər yorulmadan fəaliyyət göstərirlər. Prioritetimiz isə, tədbir yerlərinin vaxtında təhvil verilməsi, nəqliyyat sistemi və təhlükəsizliyin təmin olunmasında ibarətdir."

2015-ci il Avropa Oyunları Komitəsinin prezidenti Patrik Hiki isə öz növbəsində Azərbaycan hökumətinin olimpiya oyunlarının təşkil olunmasında innovativ mövqedən çıxış etməsini alqışladığını qeyd edib: "Biz Avropa Oyunlarının digər idman tədbirlərinin təkrarı olmasını istəmirik. Biz tədbirdə yenilik görmək istəyirik."

Komitənin vitse-prezidenti Yaneç Kosiyançiç 2015-ci il Baku Avropa Oyunları komitəsinə hazırlıq işlərində əldə olunan irəliləyişlərə görə təşəkkür edib və görüşdən məmnun qaldıqlarını bildirib və hər kəsə öz işində uğurlar arzulayıb. Bir müddət əvvəl idman atletika növünün də olimpiya oyunlarına daxil olunması ilə əlaqədar iştirakçıların sayı 6 mini keçib. Olimpiyada zamanı atletlər 19 müxtəlif idman növlərində güclərini sınayacaqlar.




Teqlər:  





Xəbər lenti