Azərbaycanın qızılını türkiyəli hakim `qopardı`

Azərbaycanın qızılını türkiyəli hakim `qopardı`
  06 Aprel 2014    Oxunub:1949
Azərbaycan Güləş Federasiyasının baş katibi Əjdər Cəfərov Avropa Çempionatında Həsən Əliyevin (66 kq) iştirakı ilə keçirilən final görüşünün hakimi Levent Şendən şikayət edəcəklərini açıqlayıb. AzVision.az xəbər verir ki, Azerisport.az saytına açıqlamasında o, türkiyəli referinin idmançımızı qızıl medaldan etdiyini vurğulayıb:

"Hakimin anlaşılmaz qərarları Azərbaycanın daha bir medal qazanmasını əngəllədi. Onun ən absurd qərarı isə sona 3 saniyə qalmış güləşçimizə xəbərdarlıq etməsi oldu. Adam Kurak məhz bunun sayəsində qələbə qazandı. Buna görə türkiyəli hakimdən rəsmi qaydada şikayət edəcəyik. Bütün faktları topladıqdan sonra beynəlxalq federasiyaya müraciət edəcəyik. Türkiyə Güləş Federasiyasının prezidenti Həmzə Yerlikaya ilə gözəl münasibətlərim var. O da mənimlə söhbətində bildirdi ki, Şenin qərarlarından narazıdır və onu diskvalifikasiya edəcək. Ötən gün görüşdən sonra, həmçinin bu gün Türkiyədən ona yaxın tanış zəng edib və Leventin idarəçiliyindən təəccübləndiklərini bildirib. Təəssüf ki, Azərbaycanın AÇ-də növbəti qızıl medal qazanması türkiyəli hakimin günahı ucbatından mümkün olmadı".

Qeyd edək ki, bu gün həmin hakimin cəzalandığı və son günün görüşlərində idarəçilik etməyəcəyi müəyyənləşib.


Teqlər:  





Xəbər lenti