Şumaxerdən təzə xəbər- səsə reaksiya verir

Şumaxerdən təzə xəbər- səsə reaksiya verir
  06 Aprel 2014    Oxunub:1460
Formula-1 yarışlarının yeddi dəfə çempionu olan Mixael Şumaxer uzunmüddətli komadan çıxdıqdan sonra səsə reaksiya verməyə başlayıb. AzVision.az Motorsport-a istinadən xəbər verir ki, dünya şöhrətli idmançı həmdə görüntü kontaktna da girə bilir. Daha əvvəl Şumaxerin meneceri Sabina Kem bildirmişdi ki, 3 aylıq komadan sonra idmançı özünə gəlməyə başlayıb.

“Deyə bilmirəm mən buna nə qədər şadam. Mən Mixael üçün hər gün dua edirdim və dualarım eşidildi. İndi mən Qrenobldan yeni şad xəbərlər gözləyirəm” deyə Şumaxerin dostu və “Ferrari” üzrə keçmiş həmkarı Felipe Massa bildirir.

“Əvvəlcə Mixael məsələn onu çimdiklədikdə ancaq ağrıya reaksiya verirdi. Lakin bu huşunu itirən bədəndə də ola bilər. Axrıncı dəfə mən onun yanına gedəndə vəziyyətin yaxşıya döğru dəyişdiyini gördüm. Gördüm ki, onun ailə üzvləri də artıq sakitləşiblər. Bunlar hamısı gözəldir. Amma onun tam sağalma yolu uzun və keşməkeşli olacaq” deyə keşmiş idmançı Jan Alezi bildirib.


Teqlər:





Xəbər lenti