Smartfonlar yuxusuzluq yaradır
Araşdırmada o da qeyd olunub ki, İngiltərədə 28 milyon nəfər gecə ən çox 7 saat yatır. Anket sorğusunda iştirak edən 2149 nəfərin 78%-I yatmazdan əvvəl bu cihazlardan istifadə etdiyini deyib. 18-24 yaş arası şəxslərdə isə bu göstərici 91%-dir. Yetkin şəxslər üçün gün ərzində 7-8 saat, gənclərin isə 9 saat yatmalı olduğu bildirlir.
Professor Vaysman bildirib ki, qeyd olunan saatdan daha az yatmaq insanda infarkt, artıq çəki, şəkərli diabet və xərçəng kimi xəstəliklər yaradır. Bundan başqa telefonun mavi işığının gözün sağlamlığına ziyan olduğu açıqlanıb.
Fatimə Kərimli
Teqlər: