Fanatları Hüseyn Dərya üçün pul vermədilər

Fanatları Hüseyn Dərya üçün pul vermədilər
  08 Aprel 2014    Oxunub:1134
Ölümü ilə böyük səs-küyə səsəb olan məşhur reper Hüseyn Dəryanın ölümündən sonra fanatları mərhumun yasını keçirmək, eləcə də, qalan arxivini bir araya toplamaq üçün pul yığmaq istəyiblər.
AzVision.az-a daxil olan məlumatda bildirilib ki, öncə bəzi şəxslər bunun üçün reperin əşyalarının satılmasına qərar veriblər. Lakin fanatlar buna etiraz edərək əşyaların satılmamasını, əvəzində bir araya toplaşıb pul yığacaqlarına söz veriblər.

Hüseynin ölümündən artıq uzun müddət keçsə də, həmin hesabda cəmi 50 manat pulun yığıldığı məlum olub. Yarımçıq qalmış mahnıların bir araya toplanması, eləcə də Hüseyn Dəryanın 40-na yığılacaq pulun bu qədər az olması onun dostlarını məyus edib.

Bu barədə məlumat verən təşkilatçı Samir Xəttab bildirib ki, bundan sonra əgər gözlənilən məbləğ yığılmazsa, hesabın ləğv olunacağı gözlənilir:

“Fanatlar əşyaların satılmasına mane oldular, dedilər ki, özümüz pul yığacağıq. O qədər insan cəmi 50 manat pul yığıb. Məbləğ planlaşdırdığımız işlərin öhdəsindən gəlməyə kömək etmir. Əgər pul yığılmazsa, hesab bağlanacaq.”


Teqlər:  





Xəbər lenti