Çinlilər cibdə daşınan ən surətli koronavirus testini yaratdılar

Çinlilər cibdə daşınan ən surətli koronavirus testini yaratdılar
  12 Fevral 2022    Oxunub:2183
Çin alimləri koronavirusu aşkarlayan ən sürətli test cihazını hazırlayıblar. AzVision.az xəbər verir ki, bu barədə "Nature Biomedical Engineering" məlumat yayıb.
Test cəmi dörd dəqiqə ərzində koronavirusla bağlı nəticəni göstərir.

- Çinlilərin yaratdığı test laboratoriyadan əldə olunan nəticələr qədər dəqiqdir. Üstəlik, sensor istənilən bioloji mühitdə virus RNT-sını aşkar edə bilir. Bundan əlavə, yeni test son dərəcə yığcamdır və onu cibinizdə belə daşıya bilərsiniz.

Yeni kəşfin dəqiqliyini yoxlamaq üçün onu könüllülər üzərində sınaqdan keçiriblər. Onlar koronavirus, qrip xəstələri və sağlam insanlar olublar,-məqalədə yazılıb.

Tural Tağıyev
AzVision.az



Teqlər: Çin   Koronavirus  





Xəbər lenti